Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin müdafiə naziri Yisrael Katzın Mərkəzi Region komandanı general-mayor Avi Bluthun vəzifəsindən uzaqlaşdırılacağını və yerinə Dado Bar Kalifa təyin ediləcəyini açıqlaması ordu komandanlığı ilə nazir arasında böhrana səbəb olub.
Tezadlar.az xəbər verir ki, İsrailin 15-ci Kanal televiziyasının məlumatına görə, Katzın televiziya proqramında verdiyi açıqlamadan sonra Baş nazir Binyamin Netanyahunun ofisində gərgin saatlar yaşanıb.
Netanyahuya yaxın olanlar qərarın səbəbini öyrənmək üçün Katzla əlaqə saxlayıblar.
Məlumatda deyilir ki, Katz Netanyahunun yaxın ətrafına deyib: “Bu, çay fincanında fırtınadan başqa bir şey deyil. Mən onu işdən çıxarmamışam; Baş Qərargah rəisi Eyal Zamir şəxsən Dado Bar Kalifanın təyinatını istəyib və indi o, mənə qarşı çıxır”.
Katz daha sonra yazılı bir açıqlama verərək, sözlərinin “komandirin işdən çıxarılması” kimi təqdim edilməsini “tamamilə yalan” adlandırdı və bir neçə ay əvvəl Baş Qərargah rəisinin tövsiyəsi ilə varisin təyin edilməsi prosesinin başladığını iddia edib.
Ordu iddiaları təkzib etdi
Bəyanatda İsrail ordusu müdafiə naziri Katzın sözlərinin “Baş Qərargah rəisi Eyal Zamirlə əlaqələndirilmədiyini” vurğulayıb.
Məlumatda qeyd olunur ki, Avi Bluth Baş Qərargah rəisinin “tam etimadından” istifadə edir və bu həssas dövrdə ali komandanlıq strukturunda heç bir dəyişiklik planlaşdırılmır.
Fikir ayrılığı İsrailin Fələstin ərazilərini ələ keçirmək qərarından qaynaqlanır
Yerli mediada bildirilir ki, müdafiə naziri ilə ordu rəhbərliyi arasındakı bu açıq qarşıdurma təhlükəsizlik bürokratiyasında dərin gərginliyi ortaya qoyur.
Bildirilir ki, Katz və işğal olunmuş Qərb Şəriyəsindən məsul olan Mərkəzi Region Komandanı Bluth arasındakı fikir ayrılığı fələstinlilərə hücumları və Fələstin torpaqlarının ələ keçirilməsi ilə tanınan israilli Tal Yanon Dardiki azad etmək qərarından qaynaqlanır.
Bildirilir ki, Blutun məhkəmədə bu Fələstin torpaqlarını ələ keçirən israillilərin azad edilməsinə etirazı Katzın qəzəbinə səbəb olub.
2024-cü ilin iyul ayında vəzifəyə başlayan Blutun əvvəlcə üç il vəzifədə qalması gözlənilirdi.
ELBAR