Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın keçmiş prezidenti və hazırkı parlamentin aşağı palatasının üzvü Fransua Ollandın evi Parisdə qarət edilib.
Tezadlar.az bildirir ki, bu barədə BFMTV məlumat verib.
Məlumata görə, polis artıq şübhəliləri saxlayıb. Onların iki Əlcəzair vətəndaşı olduğu müəyyən edilib. Hazırda onlar həbsdədirlər.
Oğurlanmış əşyalar arasında Ollandın bahalı saatının da olduğu bildirilir. Axtarış zamanı şübhəlilərin üzərindən tapılıb; saat artıq Ollanda qaytarılıb.
“BFMTV-nin öyrəndiyi kimi, 22 noyabrda Parisdə Fransua Olland və həyat yoldaşı Culi Qayetin evi qarət edilib. Əldə etdiyimiz məlumata görə, oğurlanmış əşyalar arasında saatlar da olub. Məhkəmə Polisinin İkinci Bölgəsinin əməkdaşları şübhəli oğruları tapmağı bacarıblar və onlar saxlanılıblar”, – deyə Paris prokurorluğu bildirib.
E.ŞİRİNOV