Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs Ukraynanın Xmelnitski vilayətində gizlənməyə çalışıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin saytında yerləşdirilən məlumatda deyilir.
“O, izlərini gizlətməyə çalışıb – paltarını dəyişib, silahını çıxarıb, Xmelnitski vilayətində gizlənməyə çalışıb”, – məlumatda deyilir. Polis gizlənməzdən əvvəl təcavüzkarın siyasətçinin öldüyünə əmin olduğunu əlavə edib.
Polis bildirib ki, saxlanılan şəxsin Parubiyin qətlində əli olduğuna dair sübutlar toplanıb. Saxlanma anının ilk fotoşəkilləri də dərc edilib, lakin polis Radanın keçmiş spikerini öldürdüyü iddia edilən şəxsin kimliyini hələ açıqlamayıb.
Milli Polis şübhəlinin kuryer qiyafəsində olduğunu və Parubiyi uzun müddət izlədiyini təsdiqləyib. Onlar da əlavə ediblər ki, “bu cinayət təsadüfi deyil”.
Parubiy avqustun 30-da Lvovda naməlum şəxs tərəfindən güllələnib. Andrey Parubiy 31 yanvar 1971-ci ildə Lvov vilayətində anadan olub. 2014-cü il fevralın 27-dən avqustun 7-dək Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. 2016-cı il aprelin 14-dən 2019-cu il avqustun 29-dək Ali Radanın sədri olub. O, 2014-cü ildə Ukraynada dövlət çevrilişində fəal iştirak edib. Xarici ekspertlərin fikrincə, o, Maydanda insanlara atəş açan snayperlərə rəhbərlik edib. Bundan başqa, o, 2014-cü il mayın 2-də Odessada Həmkarlar İttifaqları Evində baş vermiş faciədə əli olmaqda ittiham olunub. 2018-ci il noyabrın 1-də o, Rusiya Federasiyasının sanksiya siyahısına əlavə edilib.
E.ŞİRİNOV

