Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

1989-cu il iyulun 14-də Kəlbəcər şəhərində baş vermiş helikopter faciəsi xalqın yaddaşında silinməz iz buraxan ağır hadisələrdən biridir.
Tezadlar.az xəbər verir ki, bu gün faciənin növbəti ildönümü ilə əlaqədar həlak olan uşaqların xatirəsi ehtiramla yad edilib.
Faciə qurbanlarının valideynləri və yaxınları ilə yanaşı, Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri də onların məzarlarını ziyarət edərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.
Xatırladaq ki, 1989-cu il iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter qəzaya uğrayıb. Nəticədə helikopterin sıradan çıxan rotor pərləri stadionun yaxınlığında olan uşaqlara dəyib və səkkiz azyaşlı faciəvi şəkildə həlak olub. Hadisə Kəlbəcərin ən ağrılı səhifələrindən biri kimi tarixə düşüb.