Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə nəticəsində ölən sürücünün kimliyi də məlum olub. Tezadlar.az xatırladır ki, yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, sürücünün təcrübəsizliyi və səhlənkarlığı qəzaya səbəb olub. Dağlıq ərazilərrdə sürücünün daha peşəkar olması tələb olunur, bu mütləq nəzərə alınmalıdır.
A.Məmmədli







