Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Londonun Vulviç Kral Məhkəməsi 2024-cü ildə Londonun nəqliyyat idarəsinə (“Transport for London”, TfL) kiberhücum həyata keçirən iki britaniyalı xakeri ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edib.
Tezadlar.az xəbər verir ki, Agentliyin məlumatına görə, 20 yaşlı Talha Cübeyr və 18 yaşlı Ouen Flauers ötən ay 2024-cü ilin avqust və sentyabr aylarında TfL-in informasiya sistemlərinin sındırılmasında təqsirkar olduqlarını etiraf ediblər.
Etiraf məhkəmə prosesinin ilk günündə edilib. Məlumata görə, TfL-ə edilən kiberhücumun nəticələrinin aradan qaldırılması 29 milyon funt sterlinqə (təxminən 39,2 milyon dollar) başa gəlib.
Bundan əlavə, O.Flauers ABŞ-də iki qeyri-kommersiya səhiyyə təşkilatına edilən kiberhücumlarda da təqsirini etiraf edib. O, ikinci hücum həyata keçirilən zaman saxlanılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin hər birini 5,5 il müddətinə azadlıqdan məhrum edib.