Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 17:34

Kitablar səltənətinin inciləri: Çingiz Abdullayevin “Yalnız özümüzünkülər” romanı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq yazıçısı Çingiz Abdullayevin “Yalnız özümüzünkülər” romanı təqdim olunur. 37 yaşında Azərbaycanın Xalq yazıçısı adına layiq görülən Çingiz Abdullayev müasir ədəbiyyatımızda öz dəst-xətti ilə seçilən tanınmış nasir, kriminal əsərlər yazıçısıdır.  Onun “Yalnız özümüzünkülər” adlı romanı çox maraqlı hadisələrlə dolu bir əsərdir. Mən Rahiməni anamla bacımın yanında bir qədər ehtiyatla qoyub gedirdim. Ümid edirdim ki, arvadımın onlarla kobud davranmamağa ağlı çatar. Bu nəyin həyəcanı idi? Nə baş verirdi?

Şərq ölkələrindən birinin səfiri Milad bayramını ən yaxın adamları ilə qeyd etmək üçün Londonda gözdən-könüldən uzaq bir malikanədə ziyafət təşkil edir. Yalnız özününküləri dəvət edir. Əvəzində bu yaxın bildiyi adamlardan biri ev sahibinin konyak qədəhinə zəhər tökür.  Bu kimə və nəyə görə lazım idi? Qatil kimdir?

Əziz oxucular, Xalq yazıçısı Çingiz Abdullayev müsahibələrinin birində bildirmişdi ki, detektivləri oxumağı sevmir, amma elmi fantastika onu çox məftun edir: xüsusilə, Rey Bredberi, Ayzek Azimov, Robert Şekli, Stanislav Lem və Struqatski qardaşları. Ç.Abdullayev deyir: “Belə oldu ki, böyük bir kitab yazmaq qərarına gəldim. Bir dostum həlak oldu və “Mavi mələklər”i yazmağa başladım. Kitab çox sonra, 80-ci illərin sonlarında 30 min nüsxə ilə çıxdı. Bir həftəyə satıldı 30 min kitab! Sonra nəşriyyat kitabı yenidən çap etmək qərarına gəldi və 100 min kitabımı nəşr etdi. Bu 100 min isə bir ay ərzində satıldı”.

Xalq yazıçısının kitabxanasında 34 dildə kitabları var. O deyir: “Yüz il yaşasam belə, gündə bir kitab oxusam belə yenə oxumaq istədiyim bütün kitabları oxuya bilmərəm. Bundan çox narahatam! Mənə min il ömür versələr, 500 il özümü kitabxanaya bağlayıb kitab oxuyaram”.

Yazıçı Şahzadə İldırım yazıçının “Yalnız özümüzünkülər” romanından bir parça səsləndirərək izləyicilərə təqdim edir.  Kitabsevərlərə hər bir hadisədən məlumatlı olmaq üçün Çingiz Abdullayevin çox maraqlı və məsləhətli  “Yalnız özümüzünkülər” adlı romanını oxumağı tövsiyə edir.

JASMİN

Romandan kiçik bir hissə kitabxananın YouTube kanalında verilib: https://www.youtube.com/watch?v=EPtj2DK51e8

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!