2 İyul 2026 / 08:06

Kiyev meri Kliçko şəhərin hava hücumuna məruz qaldığını elan etdi

Ukraynanın paytaxtı Kiyevin meri Vitaliy Kliçko Rusiya ordusunun gecə yarısından bəri şəhərə hava hücumları etdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada Kliçko Rusiyanın gecə yarısından etibarən Kiyevə hücum etməyə başladığını bildirib.

O, şəhərə raketlər və silahlı dronların atıldığını və Kiyevin müxtəlif rayonlarındakı evlərə və binalara ziyan dəydiyini bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko da sosial media hesabında paytaxta davam edən hücumlar nəticəsində mövcud məlumata görə 3 nəfərin öldüyünü və 25 nəfərin yaralandığını açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasında ölkənin müxtəlif bölgələrinə, xüsusən də Kiyevə qarşı raket və dron hücumlarının davam etdiyi bildirilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!