Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Ukrayna lideri Volodimir Zelenski paytaxtın, habelə Kiyev və Nikolayev hərbi administrasiyalarının rəhbərlərini vəzifələrindən azad edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Ukrayna Prezidentinin saytında dərc olunmuş sərəncamlarda bildirilib. Sərəncama əsasən Timur Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Zelenski Kiyev Vilayəti Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşniki (dünən bərpa, infrastruktur və nəqliyyat naziri təyin edilib) və Nikolayev Vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kimi (veteranlarla iş üzrə nazir təyin olunub) də vəzifəsindən azad edib. Kiyev Vilayəti Hərbi Administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti olaraq Ruslan Oleynik, Nikolayev Vilayəti Hərbi Administrasiyasının rəhbəri vəzifəsini isə Georgi Reşetilov isə icra edəcək.
Uktayna Duması bir sıra təyimatları təsdiqləyib.