Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyulun 26-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurur.
Tezadlar.az xəbər verir ki, şəhərin bəzi yerlərində yanğın müşahidə edilir.
Kiyev şəhər meri Vitali Kliçko Telegram səhifəsində yazıb ki, hava zərbələri zamanı zərərsizləşdirilən raketin qalığı Şevçenko rayonunda 18 mərtəbəli binanın üzərinə düşüb, nəticədə 7-ci və 8-ci mərtəbələrdə yanğın başlayıb.
Eləcə də, Solomensk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. Desnyanski rayonunda isə avtomobillər və dayanacaqlar yanır.
Təcili yardım xidmətləri hadisə yerinə göndərilib.
ELBAR