Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konqo Demokratik Respublikasında (KDR) 15 mayda elan edilən Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 2423-ə çatıb, 967 nəfər ölüb.
KDR Səhiyyə Nazirliyinin dərc etdiyi hesabatda bildirilir ki, şərq əyalətləri olan İturi, Şimali Kivu, Cənubi Kivu, Haut-Uele və Tshopo indiyə qədər Ebola epidemiyasından ən çox təsirlənib.
Tezadlar.az xəbər verir ki, hesabatda təsdiqlənmiş yoluxma hallarının sayının 2423-ə çatdığı, bunlardan 734-nün təcrid olunduğu və ya xəstəxanaya yerləşdirildiyi, 967-nin isə öldüyü qeyd olunub.
Hesabatda qeyd olunur ki, epidemiya zamanı ölüm hallarının nisbəti 39,9 faiz, təmas izlənməsi isə 81,1 faiz təşkil edir.
Təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil
KDR-in şərqindəki İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm hadisəsinin elan edilməsindən sonra, 15 mayda ölkədə epidemiya elan edilib.
ÜST 17 mayda Ebola epidemiyası səbəbindən beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Səhiyyə rəsmilərinin sözlərinə görə, hazırkı epidemiyaya Ebolanın nadir bir variantı olan “Bundibugyo” virusu səbəb olur və təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur.
Ebola Afrikada minlərlə insanın ölümünə səbəb olub
Hemorragik qızdırmanın bir növünə səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda epidemiyalarla ortaya çıxıb.
KDR-də epidemiya Ebola çayının yaxınlığındakı bir kənddə başlayıb, buna görə də xəstəlik bu çayın adını daşıyır.
Ebola virusu 2013-cü ilin dekabr ayında Qərbi Afrikada yayılıb. 2014-2017-ci illər arasında Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiya zamanı virus 30.000 insana yoluxmuş və onlardan 11.000-dən çoxu ölmüşdür.
ELBAR