Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 07:30

Konqoda “Ebola”dan ölənlərin sayı 625-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son sutka ərzində 25 nəfər artaraq 625-ə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyinin gündəlik bülletenində məlumat verilib.

Bildirilib ki, laboratoriya təsdiqli yoluxma hallarının sayı 1792 nəfərə yüksəlib. Ölüm halları üzrə göstərici 34,9 faiz təşkil edir.

Hazırda xəstəxanalarda və tibbi izolyasiya məntəqələrində 764 xəstə müşahidə altında saxlanılır. Son üç həftə ərzində yoluxmuş şəxslərlə təmasda olan insanların aşkarlanma səviyyəsi 78,6 faiz olub.

Qeyd edək ki, hazırkı “Ebola” epidemiyası mayın 15-də KDR-nin şərqində və Uqandada başlayıb. Epidemiyanın əsas ocağı Konqonun İturi əyalətidir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!