Əsas məzmuna keç

“Kral klubu” Arda Güleri mükafatlandırır

İspaniya La Liqası nəhəngi “Real Madrid”in milli ulduz Arda Gülerlə müqaviləni uzadıb.

Tezadlar.az xəbər verir ki, 2023-cü ilin yayında “Real Madrid”ə transfer olan Ardanın xüsusilə son aylarda göstərdiyi davamlı inkişaf klub rəhbərliyinin diqqətindən yayınmayıb.

Arda Gülerin müqaviləsi 2031-ci ilə qədər uzadılacaq. Yeni razılaşmada futbolçunun performansı, komanda daxilindəki statusu və kluba bağlılığı çərçivəsində əhəmiyyətli dərəcədə maaş artımı da nəzərdə tutulur.

Tərəflər arasında tam qarşılıqlı anlaşma mövcud olduğu halda, yeni müqavilənin cari mövsümün əvvəlindən etibarən qüvvəyə minəcəyi gözlənilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…