Kuba dizel və mazut ehtiyatlarını tamamilə tükəndirib. Nəticədə Havana son onilliklərdə ən pis elektrik kəsintiləri ilə üzləşir.
Tezadlar.az bu barədə ölkə hakimiyyəti məlumat yayıb.
Reuters-in məlumatına görə, bu vəziyyət ərzaq və dərman çatışmazlığı yaşayan şəhərdə gərginliyi daha da artırıb.
Kuba hakimiyyəti hesab edir ki, səbəb adaya yanacaq tədarükünü iflic edən ABŞ-ın neft məhdudiyyətləridir.
Bu arada, hökumət elektrik şəbəkəsini yerli neft, qaz və günəş enerjisi ilə dəstəkləməyə çalışır. Lakin şəbəkə qeyri-sabit işləməkdə davam edir.
BMT xəbərdarlıq edir ki, vəziyyət belə davam edərsə, adada humanitar böhran yarana bilər.
JASMİN







