Əsas məzmuna keç

Kürdəmirin də sürət qatarı sarıdan bəxti gətirdi-İLK DƏFƏ

Sürət qatarlarının bölgələrə getməsi olduqca strateji məsələdir… Bu həm də avtomobil yollarındakı ucuz ölümlərin qarşısını xeyli alacaq. Çünki taksi və avtobus sürücülərinin bütün günü istirahət etmədən yollarda olması da qəzaları artırır və s.

Beləliklə, Bakıdan Kürdəmir istiqamətinə ilk rəmzi sürət qatarı hərəkət edib. Tezadlar.az xəbər verir ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında da dayanacaq. Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək. Bilet satışları aprelin 17-dən etibarən satışa çıxarılacaq.

Yolunuz dəmir yollarında uğurlu və təhlükəsiz olsun!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…