…Türk dünyası qeyri-hökumət təşkilatlarını (QHT) bir araya gətirəcək sistem formalaşıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri və Ankara millət vəkili Kürşad Zorlu bu barədə bildirib. O, deyib ki, Türk dünyası QHT-lərinin birinci toplantısı ötən il keçirilib. Bu il isə yaxın bir-iki ay ərzində Ankarada keçirilməsi planlaşdırlır. ”Orada türk dünyası QHT-lər şəbəkəsini bir araya gətirəcək rəqəmsal sistem rəsmi şəkildə təqdim olunacaq. Bu sistem artıq hazırdır, son tamamlama işləri gedir. Əslində, bu, illər boyu gözlənilən vahid platformadır. Bütün türk dünyasında minlərlə qeyri-hökumət təşkilatları bu rəqəmsal sistemdə bir arada olacaq və bununla da QHT-lərimizin ortaq fəaliyyətlərinin inkişafına böyük zəmin yaranacaq”, – deyə türk dünyasına məsul olan AK Partiya səlahiyyətlisi bildirib.
Səriyyə MÜSLÜMQIZI