Əsas məzmuna keç

KURSK VİLAYƏTİNDƏ UKRAYNA HELKOPTERİNDƏN PARTLAYICININ ATILMASI NƏTİCƏSİNDƏ BİR NƏFƏR ÖLÜB

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Bolşesoldatski rayonunda helikopterdən partlayıcı qurğunu avtomobilin üzərinə atıb. Hücum nəticəsində bir qadın həlak olub, daha iki nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.

“Bu gün Bolşesoldatski rayonunda Ukrayna helikopterindən avtomobilə partlayıcı qurğu atılıb. İki yerli sakin yaralanıb. Onlar müstəqil olaraq xəstəxanaya gediblər və orada tibbi yardım göstərilib. Təəssüf ki, daha bir qadın yerindəcə dünyasını dəyişdi”, – o, Telegram kanalında yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…