Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Sentyabr 2021 / 12:50

LƏNKƏRANDA ATA OĞLUNUN BAŞINI KƏSDİ, SONRA İNTİHAR ETDİ

Lənkəranda ata və oğulun çayda meyiti tapılıb.

Məlumata görə, hadisə rayonun Zövlə kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov kəndlərində keçən Ulum çayının kənarında oğlu, 2012-ci il təvəllüdlü Vahid Məmmədovun başını kəsərək qətlə yetirib.

Sonra isə öz şah damarını da kəsib və çaya düşüb. Hadisənin dünən baş verdiyi ehtimal edilir. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Ş.Məmmədov bir neçə il bundan qabaq həyat yoldaşından boşanıb, oğlu anası ilə qalsa da, son 2 ayı atasıgilə gəlib. Daha əvvəl atanın özünü və oğlunu öldürəcəyi ilə bağlı həyat yoldaşını təhdid etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!