Əsas məzmuna keç

“LƏNKƏRANDA MƏKTƏBLİ QIZIN DÖYÜLMƏSİ FAKTINI QƏTİYYƏTLƏ PİSLƏYİRİK” – TƏHSİL NAZİRLİYİ

Təhsil Nazirliyi Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…