Əsas məzmuna keç

Lavrov ABŞ-la danışıqlarda bir mübahisəli mövzunu açıqlayıb

Rusiya və ABŞ nümayəndə heyətləri Fars körfəzindəki vəziyyəti, həmçinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, mübahisəli mövzunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mario Nofal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində açıqlayıb.

“Biz BMT Təhlükəsizlik Şurası və İran tərəfindən təsdiqlənmiş ilkin razılaşmada nəzərdə tutulan formatın bərpasının tərəfdarıyıq. Görək necə olacaq”, – nazir qeyd edib.

Diplomat bununla belə narahatlığını ifadə edib ki, amerikalılar bu yeni sazişin İranın İraq, Livan və Suriyadakı qruplaşmaları dəstəkləməməsi üçün yoxlamalardan keçməsi tələb olunduğu siyasi şərtlərlə gəlməsini istəyir. Onun sözlərinə görə, bu variant çətin ki, işə yarasın.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda danışıqlar zamanı İran və onun nüvə proqramı məsələsinə toxunublar, lakin o qədər də təfərrüatlı deyil. O, heç bir təfərrüat və konkret təşəbbüslərin olmadığını deyib.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…