5 Dekabr 2025 / 07:36

Lökbatandakı “Qobu-1” köçkün şəhərciyində güclü yanğında 4 nəfər ölüb- 2- Sİ UŞAQDIR!

Bu gecə səhərə yaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki köçkünlər üçün olan “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Tezadlar.az hadisə şahidlərindən olan R.Nuriyevə istinadla xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində ölən və yaralananlar var. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb. İlkin məlumata görə, yanğına evdə istifadə edilən elektrik qızdırıcısı səbəb olub.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!