Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Magna trans” MMC-nin təsisçisi, iş adamı Ağasəf İsmayılov Prezident İlham Əliyevdən kömək istəyir… Məlum olur ki, “Magna trans” MMC-nin əmlakı ilə bağlı “AKKORD” ASC-nin keçmiş rəhbərinin və əməkdaşlarının da adlarının hallandığı 67 sayda məhkəmə qərarları hansısa səbəbdən icra olunmur. Tezadlar.az-a göndərilən müraciətdə deyilir:
“Hörmətli cənab Prezident,
Mən, Ağasəf İsmayılov, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və “Magna Trans” MMC-nin təsisçilərindən biri kimi, artıq illərdir əmlakımla və rəhbərlik etdiyim sahibkarlıq fəaliyyəti ilə bağlı baş vermiş hadisələrin qanuni və obyektiv araşdırılmasına nail olmağa çalışıram. Müraciətlərim əsasında 2021-ci ildə 210050957 nömrəli cinayət işi başlanmışdır. Lakin həmin vaxtdan keçən illər ərzində iş üzrə dəfələrlə prosessual qərarlar qəbul edilmiş, bu qərarların bir çoxu məhkəmələr tərəfindən qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş, konkret istintaq hərəkətsizlikləri qanunsuz sayılmış və əlavə araşdırmaların aparılması tələb edilmişdir.
Bu gün mən Azərbaycan vətəndaşı və sahibkar kimi sadə, lakin çox ağır bir sual qarşısında qalmışam: Məhkəmə qərarını dövlət orqanı icra etmirsə, vətəndaş kimə müraciət etməlidir? Məhkəmə qərarlarının icra edilməməsindən şikayət etmək üçün prokurorluğa müraciət edirik. Bəs prokurorluq orqanlarının öz fəaliyyəti ilə bağlı məhkəmə qərarları faktiki nəticə doğurmursa, onda vətəndaş kimə müraciət etməlidir? 30 məhkəmə qərarı nə üçün real nəticə yaratmır?
210050957 nömrəli cinayət işi və onunla əlaqəli müraciətlər üzrə illər ərzində 30-a yaxın məhkəmə qərarı qəbul edilmişdir.
Bu qərarların mahiyyəti yalnız mənim subyektiv narazılığımdan ibarət deyil.
Məhkəmələr müxtəlif vaxtlarda cinayət işi üzrə icraata xitam və dayandırma haqqında qərarları ləğv etmiş, bəzi istintaq hərəkətlərinin aparılmamasını qanunsuz hesab etmiş və əlavə araşdırmaların aparılmasının zəruriliyini müəyyən etmişlər.
Mən məhkəmələrdən heç vaxt kiminsə əvvəlcədən təqsirli elan edilməsini istəməmişəm.
Mən yalnız tələb etmişəm ki, cinayət işi qanunun tələb etdiyi qaydada tam, obyektiv və hərtərəfli araşdırılsın, məhkəmə qərarlarında göstərilmiş nöqsanlar aradan qaldırılsın və bundan sonra qanuni, əsaslandırılmış yekun qərar qəbul edilsin.
Lakin illər keçir və mən hələ də eyni sualların cavabını axtarıram.
37 icra olunmamış məhkəmə qərarı
Bununla yanaşı, əmlak və digər məsələlərlə bağlı icra məmurlarının icraatında olan 37 məhkəmə qərarının da bu günədək faktiki icra edilmədiyini bildirirəm.
Beləliklə, qarşılaşdığım problem artıq bir məhkəmə qərarı, bir müstəntiq, bir icra məmuru və ya bir dövlət qurumu ilə məhdudlaşmır.
Ortaya daha ciddi sual çıxır: Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarı icra edilmirsə, vətəndaş öz hüququnu daha hansı vasitə ilə müdafiə etməlidir?
Əmlakın taleyi niyə illərdir tam müəyyən edilmir?
Cinayət işi çərçivəsində şirkətin əmlakının taleyi, o cümlədən 34 avtobuslabağlı qaldırdığım məsələlərin tam və nəticəli araşdırılmasını illərdir tələb edirəm.
Bu müraciətlər üzrə araşdırmanın aparılmaması və prosessual qərarın qəbuledilməməsi ilə bağlı məsələlər də məhkəmə mübahisələrinin predmeti olmuşdur.
Mən bu gün də heç kimi məhkəmənin qanuni qüvvəyə minmiş hökmüolmadan cinayət törətməkdə təqsirli elan etmirəm.
Mənim tələbim daha sadədir:
– əmlak haradadır?
– onun hüquqi taleyi necə olub?
– kimlərin sərəncamında olub?
– hansı sənədlər əsasında özgəninkiləşdirilib və ya başqa şəxslərinistifadəsinə keçib?
– əgər qanunsuzluq olmayıbsa, bütün bunlar sənədlərlə və tam araşdırma iləortaya qoyulsun.
– əgər qanunsuzluq olubsa, onda məsul şəxslər qanun qarşısında cavabversinlər.
Cavabını tapa bilmədiyim ən ağır sual da aşağıdakı faktlarla bağlıdır:
Bu məsələnin başqa bir diqqətçəkən tərəfi də odur ki, 67 məhkəmə qərarınınhamısı eyni şəxslərlə bağlıdır.
Vaxtı ilə müəyyən mənbə sahiblərinin kölgəsinə arxalanmaqla“AKKORD” ASC-nin baş direktoru işləmiş Həmidov Bürhan Əhməd oğluöz yaxını olan “AKKORD”da idarə rəisi vəzifəsini daşıyan AğayevMirzahid Mirsahib oğlunu da «öz adamı» kimi ikinci iş yerinə – “Magna Trans” MMC-nin direktoru vəzifəsinə təyin etmişdir ki, etibar etdiyim əmlakı-pulu əl altından talayıb, şirkətin varidatını mənimsəsinlər.
Barələrində 67 məhkəmə qərarının mövcud olduğu halda həmtəsisçilər: Həmidov Bürhan Əhməd oğlu onun qaynı Hacıyev Namiq Gülosman oğlu vəMMC-nin direktoru Ağayev Mirzahıd Mirsahib oğlu haqqında bu məhkəməqərarlarının bu günədək real nəticəyə çevrilməməsini nə izah edir?
Onlarla bağlı müxtəlif vaxtlarda müxtəlif dövlət orqanlarında icraatlaraparılmış, müxtəlif qərarlar qəbul edilmişdir.
Hətta ayrı-ayrı mərhələlərdə icra orqanları tərəfindən axtarış və digər icratədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarlar da olmuşdur.
Nə baş verir ki, müxtəlif dövlət orqanlarının müxtəlif vaxtlarda qəbuletdiyi qərarlar, o cümlədən məhkəmə qərarları mövcud olduğu halda, eynişəxslərlə bağlı məsələlər illər ərzində nəticəsiz qalır?
Əgər bunun qanuni və obyektiv səbəbi varsa, həmin səbəb müəyyən edilməlivə vətəndaşa izah olunmalıdır.
Əgər belə bir səbəb yoxdursa, onda bu nəticəsizliyə yol verən vəzifəlişəxslərin fəaliyyəti araşdırılmalıdır.
Hörmətli cənab Prezident!
Mən artıq illərdir ki, eyni məsələnin müxtəlif dövlət orqanlarında həllinigözləyirəm.
Məhkəmələrə müraciət etmişəm və müvafiq qərarlar verilmişdir.
Qərarların icrasını tələb etmişəm. Lakin bütün bunların nəticəsində qarşımaçıxan vəziyyət budur: 67 məhkəmə qərarı var.
Amma həmin qərarların vətəndaş üçün yaratmalı olduğu nəticə yoxdur.
Bu səbəbdən mən artıq konkret bir müstəntiqdən, konkret bir prokurordan vəya konkret bir icra məmurundan şikayət etməklə kifayətlənmək istəmirəm.
Mən sistemin özünə bir sual verirəm:
Əgər dövlət adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəməqərarlarını icra etməli olan dövlət vəzifəli şəxsləri həmin qərarları icra etmirsə, həmin qərarların məcburi icrasını təmin etmək üçün vətəndaş hansı dövlətorqanına müraciət etməlidir?
Əgər bunun cavabı varsa, mənə həmin mexanizm göstərilsin.
Əgər belə mexanizm mövcuddur və mən onun vasitəsilə dəfələrlə müraciətetmişəmsə, lakin nəticə əldə olunmayıbsa, onda nəticənin niyə əldə olunmadığımüəyyən edilsin.
Çünki vətəndaşın hüququnun müdafiəsi yalnız onun məhkəməyə buraxılmasıilə başa çatmır.
Məhkəmə qərarı qəbul edildikdən sonra həmin qərarın real həyatda icraolunması ilə tamamlanır.
Hörmətli cənab Prezident,
İllər ərzində müxtəlif dövlət qurumlarına, polisə, prokurorluğa vəməhkəmələrə müraciət etmişəm.
Çoxsaylı məhkəmə qərarları mövcud olduğu halda, problem həll olunmayıb.
Buna görə artıq açıq şəkildə soruşmaq məcburiyyətindəyəm:
Nə baş verir ki, bu qədər məhkəmə qərarı real nəticəyə çevrilmir?
Hansı səbəb və ya hansı maraq bu işin illər ərzində yekun, obyektiv və şəffafhüquqi həllini tapmasına mane olur?
Mən hər hansı şəxsin arxasında konkret məmurun, qurumun və ya başqaqüvvənin dayandığını sübutsuz şəkildə iddia etmək istəmirəm.
Amma bir vətəndaş kimi soruşmaq haqqım var:
Əgər ortada heç bir kənar təsir və ya maraq yoxdursa, onda çoxsaylıməhkəmə qərarlarının illərlə faktiki nəticəsiz qalmasının səbəbi nədir?
Bu suala artıq mən yox, aidiyyəti dövlət qurumları cavab verməlidirlər.
Cənab Prezident,
Mən heç kimin qanunsuz olaraq cəzalandırılmasını və yaxud istintaqınnəticəsinin əvvəlcədən müəyyən edilməsini istəmirəm.
Sizdən xahiş edirəm ki:
– 210050957 nömrəli cinayət işi üzrə qəbul edilmiş məhkəmə qərarlarının icravəziyyətinin yüksək səviyyədə yoxlanılmasına;
– məhkəmələrin müəyyən etdiyi istintaq nöqsanlarının faktiki olaraq aradanqaldırılıb-qaldırılmadığının müəyyən edilməsinə;
– 34 avtobus və digər əmlakla bağlı qaldırılmış məsələlərin qanunvericiliyəuyğun, tam və obyektiv araşdırılmasının təmin edilməsinə;
– icra məmurlarının icraatında olan və uzun müddətdir icra edilmədiyinibildirdiyim 37 məhkəmə qərarının hər biri üzrə icra vəziyyətinin araşdırılmasına;
– və bütün bu proseslərə hüquqi və obyektiv qiymət verilməsinə köməklikgöstərəsiniz.
Mən imtiyaz istəmirəm və heç kimin qanundan kənar məsuliyyətə cəlbedilməsini istəmirəm.
Mən yalnız Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəməqərarlarının real hüquqi nəticə doğurmasını istəyirəm. Çünki məhkəməqərarının icrasını təmin etmək mümkün deyilsə, vətəndaş qarşısında çox ağırbir sual yaranır:
MƏHKƏMƏ QƏRARINI PROKURORLUQ DA İCRA ETMİRSƏ, VƏTƏNDAŞ KİMƏ MÜRACİƏT ETMƏLİDİR?
Bu suala cavab tapmaq üçün Sizə müraciət edirəm.
Hörmətlə,
Ağasəf İslam oğlu İsmayılov
210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs”.