Əsas məzmuna keç

Makron Rusiyanı hədələyib: “İnadkarlıq göstərərsə…”

“Rusiya inadkarlığını davam etdirsə və danışıqlar masasına oturmaqdan imtina edərsə, bunun əvəzini ödəməli olacaq”.

Tezadlar.az  xəbər verir ki, Fransa prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra Facebook səhifəsində yazıb.

O bildirib ki, Qəzzada əldə olunan razılaşma Yaxın Şərqdə sülhün bərqərar olması üçün ümid işığı verdiyi üçün Ukraynadakı münaqişə də bitməlidir.

Emmanuel Makron əlavə edib ki, Fransa da qışqabağı Ukraynanın kritik infrastrukturuna hücumları pisləyir və öz tərəfdaşları ilə həyati əhəmiyyətli xidmətlərin bərpası və təhlükəsizliyini təmin etmək üçün lazımi yardımın göstərilməsi imkanlarını araşdırır.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…