Əsas məzmuna keç

Mançini yenidən İtaliya millisinin baş məşqçisi oldu

Roberto Mançini İtaliya milli komandasını çalışdıracaq. 

Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo məlumat verib.

Əvvəllər Andrea Pirlonun İtaliya milli komandasının baş məşqçisi olacağı bildirilirdi. Lakin Malaqo Rusiyanın mərc şirkəti ilə əlaqəsi olduğuna görə onun təyinatını dayandırıb.

61 yaşlı Mançini 2018-2023-cü illərdə İtaliya millisinə rəhbərlik edib, Avropa çempionatını (2021-ci il) və Millətlər Liqasının iki bürünc medalını (2021 və 2023-cü illər) qazanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…