Maradona ölümündən əvvəl 12 saat əzab çəkib

Oxunma sayı: 232

Dieqo Maradonanın ölümü qəfil olmayıb. Əfsanəvi argentinalı futbolçu 12 saat əzab çəkib.

Tezadlar.az xəbər verir ki, Məhkəmə-tibb ekspertlərinin fikrincə, buna onun orqanlarının çəkisinin normadan iki dəfə çox olması və orada çoxlu mayenin yığılması dəlalət edib. Bu o deməkdir ki, həkimlər xəstənin vəziyyətində tələb olunduğu kimi hər dörd saatdan bir xəstənin vəziyyətini yoxlamayıb.

Maradona 5 il əvvəl həkimlərin nəzarəti altında qan laxtasının çıxarılması əməliyyatından qısa müddət sonra evdə vəfat edib.

Ola bilsin ki, futbolçunun vəziyyətinin pisləşməsini həkimlər vaxtında görüb xəstəxanaya çatdırılsaydı, onu xilas etmək şansı olardı. Məhkəmədə bütün bunlar səhlənkarlığın sübutu ola bilər.

ELBAR

Xəbəri paylaş

18 Aprel