Əsas məzmuna keç

Masallıda 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Görülən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, ondan ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

RÖVŞANƏ

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…