Əsas məzmuna keç

Media forumunda yekun sənəd qəbul edildi

“İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər” Beynəlxalq media forumunun iştirakçıları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə müraciət qəbul ediblər.

Tezadlar.az xəbər verir ki, müraciət Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzində forumun əsas işgüzar proqramının təntənəli bağlanış mərasimində qəbul edilib.

Müraciətin mətnini İslam Sivilizasiyası Mərkəzinin mətbuat katibi Uktam Usmonov oxuyub.

Müraciətdə Beynəlxalq media forumunun beynəlxalq media icmasının nümayəndələri arasında dialoq və əməkdaşlıq üçün müntəzəm platformaya çevrilməsi təşəbbüsünün dəstəkləndiyi qeyd olunub.

“Beynəlxalq media forumun dialoq və əməkdaşlıq, jurnalistlər və kütləvi informasiya vasitələri arasında birgə layihələrin inkişafı, eləcə də tarix, mədəniyyət, elm və müasir inkişaf məsələlərinin birgə işıqlandırılması üçün müntəzəm platformaya çevrilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirik”, – müraciətdə bildirilib.

Təxminən 50 ölkədən beynəlxalq media və ekspert icmasının 300-ə yaxın nümayəndəsini bir araya gətirən forum çərçivəsində tarixi-mədəni irsə, müasir media formatlarına, sənədli kinoya, nəşriyyat və rəqəmsal layihələrə, həmçinin süni intellektin tətbiqinə həsr olunmuş plenar sessiyalar, beynəlxalq müzakirələr və təqdimatlar keçirilib.

Paralel olaraq, Daşkəndin ali təhsil müəssisələrində “BBC Studios”, “TRT World”, beynəlxalq informasiya agentlikləri, nəşriyyat evləri nümayəndələrinin, kinematoqrafçıların, media ekspertlərinin, habelə Azərbaycan jurnalistlərinin və media nümayəndələrinin iştirakı ilə ustad dərsləri və yaradıcılıq görüşləri keçirilib.

Forum çərçivəsində yeni birgə layihələr təqdim edilib, müqavilələr, memorandumlar və əməkdaşlıq haqqında digər sənədlər imzalanıb. Tədbirin yekunlarına əsasən forumun yekun sənədləri də qəbul edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…