Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2026 / 15:37

Məhkəmə Sabunçu Prokurorluğunun “Magna Trans” MMC ilə bağlı qərarını ləğv edərək, əlavə araşdırma tələb etdi…

«Təzadlar»ın ötən buraxılışında “Magna Trans” MMC- nin təsisçisi, sahibkar İsmayılov Ağasəf İslam oğluna qarşı törədilmiş qanunsuzluqlarla bağlı sonuncunun şikayəti yayımlanmışdır. Redaksiya «Media haqqında» Qanunun və Prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıda Bakı şəhər Sabunçu rayon Məhkəməsinin bu iş üzrə 10 iyul 2026-cı il tarixli Qərarını heç bir şərh vermədən, olduğu kimi təqdim edir:

 «Azərbaycan Respublikası adından

QƏRAR

BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ

Bakı ş. İş № 6(5-101)-83/2026, 10.07.2026-cı il

Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, şikayət vermiş şəxs İsmayılov Ağasəf İslam oğlunun nümayəndəsi, eyni zamanda vəkili “Union” Vəkil Bürosunun vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakları ilə, İsmayılov Ağasəf İslam oğlunun Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026-cı il tarixli qərarın ləğv edilməsi və müstəntiq Fuad Babayev barəsində xüsusi qərar çıxarılması barədə məhkəmə nəzarəti qaydasında şikayətinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, Məhkəmə

MÜƏYYƏN ETDİ:

– İsmayılov Ağasəf İslam oğlu məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026-cı il tarixli qərarın ləğv edilməsi və müstəntiq Fuad Babayev barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Fuad Babayevin “Cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11.06.2026-cı il tarixli qərarına əsasən, 210050957 nömrəli cinayət işi üzrə İsmayılov Ağasəf İslam oğlunun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına və 210050957 nömrəli cinayət işi üzrə icraata cinayət hadisəsi olmadığından AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir.

  Aşağıdakılara əsasən, məhkəmə hesab edir ki, qərar qanunsuz olduğundan ləğv edilməli və müstəntiqi Fuad Babayev barəsində xüsusi qərar çıxarılmalıdır.

Cinayət prosesini həyata keçirən orqan qərarını onunla “əsaslandırmışdır” ki, ibtidai istintaqın araşdırma predmetini təşkil edən xüsusatların hər biri üzrə “Magna Trans” MMC- nin təsisçiləri arasında mülki və kommersiya mübahisələrinə dair hazırda müvafiq məhkəmələrdə baxılan işlər vardır. Bu səbəbdən istintaqla müəyyən edilir ki, cinayət işinin başlanmasına əsas olmuş əməllərin sahibkarlıq fəaliyyətini həyata keçirən MMC-nin təsisçiləri arasında onun təsərrüfat fəaliyyətindən, təsis müqaviləsi əsasında yaranmış mülki öhdəliklərdən irəli gələn mübahisədir. Eləcə də,  Ağasəf İsmayılov ərizələrində MMC-in sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağladığı əqdləri və ona yetəri qədər dividend çatmamasını mübahisələndirir. Belə ki, mübahisəli hüquq münasibəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.

Müstəntiqin qərarında göstərilmişdir ki, «…Məhkəmənin “34 avtobusun yoxa çıxması” ilə bağlı göstərişi ilə əlaqədar bunu deyə bilərik ki, Məhkəmə tərəfindən qeyd olunmuşdur ki, şikayətçi tərəfindən 34 ədəd avtobusun yoxa çıxması barədə müraciətlərə münasibət bildirilməlidir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, göstərilən avtobuslar hüquqi şəxsin təsərrüfat fəaliyyəti çərçivəsində müxtəlif şəxslərin istifadəsinə verilmiş, satılmış və ya müqavilə münasibətləri əsasında dövriyyədən çıxmışdır. Avtobusların gizli şəkildə ələ keçirilməsi, oğurlanması və ya zorla aparılması faktı müəyyən edilməmişdir; əmlak üzərində sərəncam verilməsi hüquqi sənədlər və etibarnamələr əsasında həyata keçirilmişdir. Bu səbəbdən qeyd olunan hallar cinayət hüququ baxımından “yoxa çıxma” və ya talama kimi qiymətləndirilə bilməz, tərəflər arasında əmlakın idarə olunması ilə bağlı mülki-hüquqi mübahisə xarakteri daşıyır. Eyni zamanda güman etsək ki, qeyd edilən sayda avtobus “gizli olaraq talanmışdır”, bununla bağlı hissədə əlavə araşdırma aparılması məqsədi ilə cinayət işinə əlavə olunmuş həmin xüsusat üzrə materiallar Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir. 21 avtobusun alqı-satqısı və vəsaitlərin MMC hesabına daxil olmaması ilə bağlı göstərişlə əlaqədar deyə bilərik ki, Məhkəmə tərəfindən satışdan əldə olunan vəsaitlərin müəssisənin hesabına köçürülməməsi məsələsinin araşdırılması tələb edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, avtobusların satışı müqavilələr əsasında həyata keçirilmişdir. Satış əməliyyatları açıq və rəsmi sənədləşdirilmiş, vəsaitlərin hansı qaydada istifadə olunması müəssisədaxili təsərrüfat qərarları ilə bağlı olmuşdur. Müəssisə daxilində maliyyə vəsaitlərinin bölüşdürülməsi və istifadəsi ilə bağlı narazılıq cinayət hüququnun deyil, mülki və kommersiya hüququnun predmetini təşkil edir. Vəsaitlərin konkret şəxs tərəfindən mənimsənilməsini təsdiq edən obyektiv sübutlar əldə edilməmişdir. Gündəlik toplanan pulların bank hesabına köçürülməməsi ilə əlaqdəar göstərişlə bağlı deyə bilərik ki, Məhkəmə tərəfindən gündəlik pul dövriyyəsinin bank hesablarına köçürülməsinin yoxlanılması tələb edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, pulların nağd qaydada dövriyyədə olması müəssisənin fəaliyyət xüsusiyyəti ilə əlaqədar olmuşdur, həmin vəsaitlərin konkret şəxslər tərəfindən cinayət niyyəti ilə mənimsənilməsi sübut olunmamış, şahid ifadələri bu hissədə bir-birini təsdiq etməmiş və obyektiv sənədlərlə dəstəklənməmişdir. İdarəçilərin və səlahiyyətli şəxslərin müəyyən edilməsi ilə bağlı göstərişlə əlaqədar deyə bilərik ki, iş materialları göstərir ki, müəssisənin idarə olunması təsisçilər və digər şəxslər arasında qarşılıqlı razılaşmalar əsasında həyata keçirilmiş, faktiki idarəetmə ilə bağlı fikir ayrılığı mövcud olmuşdur, yəni ki, tərəflər arasında səlahiyyət bölgüsü ilə bağlı mübahisə cinayət xarakterli deyil, Bu hal mülki-hüquqi münasibətlərin daxili idarəetmə mübahisəsi kimi qiymətləndirilməlidir. “Transkontrol” MMC ilə qarşılıqlı əlaqələrlə bağlı göstərişlə əlaqədar deyə bilərik ki, Məhkəmə tərəfindən göstərilən bu epizod üzrə hüquqi şəxslər arasında təsərrüfat fəaliyyəti çərçivəsində kommersiya münasibətlərinin mövcudluğu müəyyən edilmişdir. Əmlakm gizli şəkildə çıxarılması və ya qanunsuz ələ keçirilməsi faktı sübut olunmamış, marşrut və fəaliyyət dəyişiklikləri təsərrüfat subyektlərinin kommersiya qərarları nəticəsində baş vermişdir. Bu səbəbdən qeyd edilən hallar da özlüyündə cinayət hadisəsi kimi qiymətləndirilə bilməz. Şahid Elman Məmmədovun pul ötürülməsi barədə ifadəsi ilə əlaqədar göstərişlə bağlı deyə bilərik ki, Məhkəmə tərəfindən həmin ifadənin yoxlanılması göstərilsə də, ifadə digər obyektiv sübutlarla təsdiq olunmamış, pul vəsaitlərinin konkret cinayət niyyəti ilə mənimsənilməsini göstərən sənəd və ya maliyyə izi müəyyən edilməmişdir. Beləliklə də belə nəticəyə gəlinmişdir ki, yalnız subyektiv ifadə cinayət məsuliyyəti üçün yetərli hesab edilə bilməz. Evren Selimə avtobusların borc müqabilində verilməsi ilə əlaqədar göstərişlə bağlı deyə bilərik ki, araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc və təsərrüfat xarakterli münasibətlər mövcud olmuş, əmlakın verilməsi kommersiya razılaşmaları çərçivəsində baş vermişdir ki, bu münasibətlərin hüquqi nəticələri isə mülki qaydada həll edilməlidir. Məhkəmənin əlavə araşdırma barədə ümumi göstərişlərinin hüquqi qiyməti ilə əlaqədar deyə bilərik ki, məhkəmə qərarlarında göstərilən hallar əsasən tərəflər arasındakı mülki və kommersiya münasibətlərinin detallı araşdırılmasına yönəlmişdir, həmin halların mövcudluğu özlüyündə cinayət hadisəsinin baş verməsini təsdiq etmir. Cinayət prosesi yalnız cinayət tərkibinin mövcudluğu müəyyən edildikdə davam etdirilə bilər».

Sitat: «…Cinayət prosesini həyata keçirən orqanın 4 dəfə qəbul etdiyi eyni məzmunlu qərarlar ləğv edilib qaytarılmasına baxmayaraq, cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmə və yuxarı prokuror tərəfindən göstərilmiş xüsusatlar araşdırılmadan müstəntiq tərəfindən yenidən “Zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 02.03.2026-cı il tarixli qərar qəbul edilmişdir.

Əvvəla onu qeyd edək ki, cinayət prosesini həyata keçirən orqan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verməsini daxil etməkdə niyyəti ondan ibarətdir ki, zərərçəkmiş İsmayılov Ağasəf İslam oğlunun məhkəmə müdafiə hüququ məhdudlaşdırılsın. Belə ki, Ağasəf İsmayılovun cinayət işinin vəziyyəti ilə bağlı məlumatı olmasın, müstəntiq bu “vəzifəsindən” azad olsun, Ağasəf İsmayılovun cinayət işinin materialları ilə tanış olmaq hüququ “tanınmasın”, Ağasəf İsmayılov zərərçəkmiş qismində qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ yaranmasın. 34 ədəd avtobusun hüquqi şəxsin təsərrüfat fəaliyyəti çərçivəsində dövriyyədən çıxmasına dair müstəntiqin qənaəti ilə bağlı qeyd edək ki, şirkətə məxsus 01-AD- 332 01-AD- 334 01-AD335 10-TG-062 10-TG-063 10-TG-064 10-TG-065 10-TG-067 10-TG-068 10-TG- 069 10- TG-573 10-TG-575 10-TG-577 10-TG-578 10-TG-579 10-TG-580 10-TG-584 10-TG-587 10-TG-589 10-TG-592 10-TG-594 10-TG-596 10-TG-597 10-TG-598 10-TG-599 10-TG607 10- TG-603 10-TG-604 10-TG-605 10-TG-601 10-TG-609 10-TG-611 10-TG-626 99- JA-304 dövlət qeydiyyat nişanlı – 34 ədəd avtobusun hansı təsərrüfat fəaliyyəti çərçivəsində müxtəlif şəxslərin istifadəsinə verilməsi, satılması və ya müqavilə münasibətləri əsasında dövriyyədən çıxarılması cinayət işi materiallarında müəyyən edilmir. Məsələn: Evren Səlim adlı şəxsə verilmiş şirkətə məxsus 8 ədəd avtobusun dəyəri, verilmə səbəbi, Anar Məmmədova verilmiş 7 ədəd avtobusun Ramiz Məmmədov xərclədiyi vəsaitin qarşılığında göstərildiyi halda, konkret kimin göstərişi, hansı qaydada və hansı məbləğin müqabilində verilməsi araşdırılmayıb. Əmlak üzərində sərəncam verilməsi hüquqi sənədlər və etibarnamələr əsasmda həyata keçirilməsini qeyd edən müstəntiq nəzərə almamışdır ki, Mirzahid Ağayev avtobusların və başqa əmlakın alqı-satqısını keçirmək və digər əməliyyatlar aparmaq üçün Ramilə etibarnamə vermədiyini və təqdim edilmiş avtobusların alqı-satqısma dair müqavilələrə və ərizələrdəki imzaların ona məxsus olmadığını göstərmişdir. Həmçinin, cinayət prosesini həyata keçirən orqanın 4 dəfə cinayət işi üzrə icraata xitam verildikdən sonra, hansı zərurətlə həmin hissədə Sabunçu RPİ-nin İŞ-nə göndərilməsi ilə bağlı qərarda heç bir əsaslandırma yoxdur.

Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına hansı hallar mane olurdu ki, müstəntiq həmin hissədə araşdırma aparılması üçün digər istintaq orqanına göndərilmə zərurəti bilib? Məhkəmənin diqqətinə çatdırırq ki, Ağasəf İsmayılovun çoxsaylı ərizə və vsatələrindən əlavə Bakı şəhər Baş Polis İdarəsinin 29.03.2022-ci il tarixli və 15.05.2025-ci il tarixli məktubu ilə 34 ədəd avtobusla bağlı material (ərizə) aiddiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Müəssisə daxilində maliyyə vəsaitlərinin bölüşdürülməsi və istifadəsi ilə bağlı narazılıq mülki və kommersiya hüququnun predmetini təşkil etməsi ilə bağlı dəlilinə gəlincə, qeyd edək ki, mülki mübahisə icraatı qaydasında baxılan işlərin mübahisə predmeti müəssisəyə məxsus əmlakın talanması ilə bağlı məsələləri əhatə etmir İstintaq orqanı nə 21 ədəd avtobusun alqı-satqı müqaviləsi üzrə başqa fiziki və hüquqi şəxslərin balansına keçdiyi halda, əldə olunmuş vəsaitin MMC-nin hesabına köçürülməməsi faktını, nə də digər 55 ədəd avtobusun vəziyyətini araşdırmış, MMC-nin mühasibatlıq sənədlərini tələb edib zərərçəkmişin arqumentlərinə cavab vermişdir. Bürhan Həmidovun ifadəsində göstərdiyi “Ağasəf şirkəti müflisləşdirmə həddinə çatdırdıqdan sonra Ramiz işə cəlb olunmuş”. Evren Səlimin ifadəsində göstərdiyi, “Daha sonra isə bilmişdir ki, Ağasəf “Magna-Trans” MMC-nin rəhbərliyindən uzaqlaşmışdır.”, Mirzahid Ağayevin ifadəsindəki “Onda olan məlumata görə Ağasəf idarəçilikdən kənarlaşandan sonra Ramiz adlı səxs müəssisənin fəaliyyətinə rəhbərlik etmişdir.” Ramil Xəlilovun ifadəsində “Müəssisənin işinə əvvəldən Ağasəf İsmayılov rəhbərlik və nəzarət etmişdir. Bir müddət sonra rəhbərlik və nəzarət etmək Ramiz adlı şəxsə tapşırılmışdır.” kimi hallar təsdiq edir ki, şirkətin əmlakının talanması ərizəçinin iradəsindən kənar təsirlərin nəticəsində olmuşdur. Buna müəssisə daxilində maliyyə vəsaitlərinin bölüşdürülməsi kimi izah qərəzdən başqa bir şey deyil. Cinayət prosesini həyata keçirən orqanın göstərdiyi şirkətin fəaliyyəti nəticəsində gündəlik toplanan pul vəsaitlərin konkret şəxslər tərəfindən cinayət niyyəti ilə mənimsənilməsi sübut olunmaması onunla bağlıdır ki, əməli istintaq hərəkətləri aparılmamış, ifadələrdəki ziddiyyətlər və boşluqlar aradan qaldırılmamışdır. İfadələr arasında ziddiyyəti və ifadələrdəki boşluqları ayrı-ayrılıqda ifadəsi alınmış şəxslərin timsalında aşağıda məhkəmənin diqqətinə çatdırırıq. Müstəntiqin gündəlik toplanan pulların konkret şəxslər tərəfindən cinayət niyyəti ilə mənimsənilməsinin obyektiv sənədlərlə dəstəklənməsi dedikdə nəyi nəzərdə tutması qeyri- müəyyəndir. Şahid Elman Məmmədovun pul ötürülməsi barədə ifadəsinin obyektiv sübutlarla təsdiq olunmadığını qeyd edən müstəntiq obyektiv sübutlar dedikdə nəyi nəzərdə tutur? Məmmədov Elman Nəriman oğlunun ifadəsinin doğruluğu hansı əlavə sübutlar toplanılmaqla yoxlanılıb?! Xəlilov Ramil Mətləb oğlu ifadəsində bəzi dönəmlərlə hesabatı Bürhan Həmidova verdiyini, Ağasəf İsmayılovun ona sonuncu dəfə 2013-cü ildə göstəriş verdiyini, əmək haqqını əlbəəl Ramizdən, sonuncu öldükdən sonra oğlu İlkindən aldığını, idarəçiliyi İlkinin həyata keçirdiyini, kredit ödənişləri ilə bağlı dəfələrlə Elmandan pul aldığını göstərmişdir.

Xəlilov Ramil üzləşmə zamanı Məmmədov Elman Nəriman oğluna pul vermədiyini, əksinə şirkətin “Pasha” bankda olan kredit ödənişləri ilə bağlı dəfələrlə Elmandan müəyyən miqdarda pul vəsaiti aldığını göstərmişdir. Bürhan Həmidov ifadəsində göstərir ki, Elman Məmmədovun dedikləri həqiqətə uyğun deyildir. Elman Məmmədov elə bir etibarlı şəxs olmayıb ki, o qədər böyük məbləğdə pulun hər ay götürülməsini o, Elman Məmmədova etibar etsin. Məmmədov Elman Nəriman oğlu nə Bürhan Həmidovla, nə İlkin Məmmədovla, nə də Taleh İmanovla üzləşdirilib. Avtobus və marşrut xətlərinin “Transkontrol” MMC-ə keçməsi ilə əlaqələrlə müstəntiqin qənaətinə dair Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, “Transkontrol” MMC-nin təsisçisi Rövşən Həmidov “Magna Trans” MMC-nin təsisçisi Bürhan Həmidovun oğludur. İfadələrində Bürhan Həmidovun təsisçisi olduğu “Magna Trans” MMC-nin fəaliyyətindən xəbəri olmamasını, Rövşən Həmidov təsisçisi olduğu “Transkontrol” MMCnin fəaliyyətindən xəbəri olmamasını göstərir. Həm Rövşən Həmidov, həm də Bürhan Həmidov “Magna Trans” MMC-nin marşrut xətlərinin və avtobuslarının “Transkontrol” MMC-ə keçməsi ilə bağlı məlumatlarının olmadıqlarını bildirirlər. Lakin hər iki şəxs ifadələrində öz maraqlarına uyğun hər iki şirkətin fəaliyyətinə dair məlumatları əhatəli şəkildə göstərir. MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) nömrəli marştrut xəttinin “Transkontrol” MMC-ə (1401060141) keçməsi barədə Ramil Xəlilovun və Ağayev Mirzahidin BNA-ə müraciət edilməsinin kimin göstərişi ilə olması qeyri-müəyyən qalmaqdadır. Ramil Xəlilovun direktor müavini olduğu “Magna Trans” MMC ilə direktoru olduğu “Transkontrol” MMC arasında qarşılıqlı əməliyyatlar aparması, Bürhan Həmidovun təsisçisi olduğu şirkətin mallarından xəbəri olmamasını bildirdiyi halda, avtobusların oğlu Rövşən Həmidovun təsisçisi olduğu “Transkontrol” MMC-ə keçməsi ilə bağlı faktlar cinayət qaydasmda araşdırılmalı hallardır. “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlunun niyə və kimin göstərişi ilə “Magna Trans” MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) nömrəli marştrut xəttinin “Transkontrol” MMC-ə (1401060141) keçməsi barədə BNA-ə müraciət etməsi, konkret kimin göstərişi ilə müəssisəyə məxsus nəqliyyat vasitələrini alqı-satqısı barədə müqavilələr imzalaması, direktor müavini olduğu “Magna Trans” MMC ilə direktoru olduğu “Transkontrol” MMC arasında qarşılıqlı əməliyyatlar aparılması məqsədin nə olması qeyri- müəyyən qalmışdır. Ağayev Mirzahid Mirsahib oğlu ifadəsində direktor vəzifəsinə formal təyin edildiyini göstərsə də müəssisənin idarəçiliyi ilə bağlı davranışlarında bunun əksi ilə qarşılaşırıq. Belə ki, Ağayev Mirzahid Mirsahib oğlunun imzası ilə təsdiqlənən 10.03.2021-ci il tarixli məktubdan görünür ki, o, “Magna Trans” MMC-nin istismarında olan 113, 208, 209 nömrəli marştrut xəttinin “Transkontrol” MMC-ə (1401060141) keçməsinə etiraz etmədiyini göstərir. Həmidov Bürhan Əhməd oğlu ifadəsində Ramil Xəlilovun avtobusları Anar Məmmədova satdığını, Anar Məmmədovun “Transkontrol” MMC-nin anbardan olduğunu, Ramil Xəlilovun Mirzahid Ağayevdən aldığı etibarnamə əsasında Anar Məmmədova satdığını göstərir. Həmidov Bürhan Əhməd oğlu “Magna Trans” MMC-nin əmlakının talanmasından xəbərsiz olduğunu göstərdiyi halda “Magna Trans” MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) nömrəli marştrut xəttinin oğlu Rövşən Həmidovun təsisçisi olduğu “Transkontrol” MMC-ə (1401060141) keçməsi istintaq orqanında şübhə yaratmalı və həmin xüsusatlar yoxlanılmalı idi Cinayət prosesini həyata keçirən orqanın Evren Səlimlə bağlı hissədə şirkətin əmlakının talanmasına borc və təsərrüfat xarakterli münasibətlər kimi qiymət verməsi qərəzli və qeyri- obyektiv münasibətinin göstəricisidir. Şahid qismində dindirilən Evren Səlim Diyap oğlu ifadəsində Bürhan Həmidova müraciət edərək, borcun yerinə 10- TG-926, 10-TG-927, 10-TG- 928, 10-TG-929, 10-TG-930, 10-TG-931, 10-TG-932, 10-TG933 dövlət qeydiyyat nişanlı avtobusları aldığını göstərsə də bununla bağlı iş materiallarında bir dənə də olsun sübut yoxdur. Borcun məbləği, əvəzində verilən avtobusların dəyəri ilə bağlı müstəntiq bir nəfərdən belə ifadə almamışdır. Bürhan Həmidov bildirmişdir ki, 8 ədəd “isuzu” markalı avtobusun satılmasının səbəbi Ağasəf İsmayılovun yarıtmaz idarəçiliyi səbəbindən avtobusların yararsız hala düşməsi və buna görə də, Türkiyə vətəndaşı olan Səlim adlı şəxsdən həmin avtobusların yararsız hala düşməsi nəticəsində mühərriklər və ehtiyat hissələrinin nisyə alınması və Cəmiyyətin həmin borcunun qarşılığında 8 ədəd “isuzu” markalı avtobusun həmin Səlim adlı şəxsə borc qarşılığında verilməsi olmuşdur.

 “Ağasəfin Səlim adlı şəxsdən mühərriklər və başqa ehtiyat hissələrini nisyə olaraq almasının qarşılığında” şirkətin əmlakının başqa şəxslərə verilməsinə “kommersiya razılaşması” kimi don geyindirməsi tamamilə absurddur. Cinayət prosesini həyata keçirən orqanın qərarında qeyd olunan məhkəmə aktları – Sabunçu Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 16.06.2022-ci il tarixli qərarı, Bakı Kommersiya Məhkəməsinin 25.11.2022-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2023-cü il tarixli, 27.09.2023-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.05.2023-cü il tarixli və 25.04.2024- cü il tarixli qərarları MMC-ə məxsus 21 ədəd avtobusun alqı-satqı müqaviləsinin etibarsız sayılması, dividendin ödənilməsi və MMC-nin hesabına qoyulmuş 452436 ABŞ dolları məbləğində vəsaitin geri qaytarılması ilə bağlıdır ki, qeyd olan mübahisələrin Ağasəf İsmayılovun xeyrinə yekunlaşmaması hazırki istintaqı aparılan mənimsəmə cinayətinin tərkib əlamətlərinin aradan qadıran hallar sayıla bilməz. Təsisçinin dividend tələb etməsi, digər avtobuslarla bağlı müqavilənin etibarsızlığının mübahisələndirilməsinin hazırki cinayət işi ilə bağlılığının nədən ibarət olması istintaq orqanının qərarında əsaslanıdırılmır. Ümumiyyətlə, həmin halla bağlı Ağasəf İsmayılovun irəli sürdüyü arqumentə cavab verilmir. Bir daha bildiririk ki, mülki mübahisə icraatı qaydasında baxılan həmin işlərin mübahisə predmeti müəssisəyə məxsus əmlakın talanması ilə bağlı məsələləri əhatə etmir. AR Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən, mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. İşə əlavə olunan qeyd olunan məhkəmə aktları ilə “Magna Trans” MMC-nin balansında olan 34 ədəd avtobusla harada olması faktı müəyyən edilməyib, 21 ədəd avtobusdan əldə edilmiş vəsaitin MMC-nin hesabına daxil olub-olmaması, gündəlik dövriyyədən və satışdən əldə edilən vəsaiti hara istifadə etməsi, “Magna Trans” MMC-ə məxsus marşrut xətlərinin “Transkontrol” MMC-ə keçirilməsinin səbəbləri, digər təsisçi Bürhan Həmidovun təsisçisi olduğu müəssisənin mallarından xəbəri olmamasını bildirdiyi halda, avtobusların və marşrut xətlərinin oğlu Rövşən Həmidovun təsisçisi olduğu “Transkontrol” MMC-ə keçməsi ilə bağlı faktlar, MMC-ə məxsus avtobusların Anar Məmmədov və Evren Səlim adlı şəxsə verməsinin səbəbləri və aşağıda göstərəcəyimiz digər faktlar müəyyən edilmir».

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!