Sosial şəbəkələrdə “Az Estetik” MMC şirkəti barədə yaydığı qərəzli, şər-böhtan dolu videoçarxların silinməsi, videoformat şəklində üzrxahlıq edilməsi, təkzib verilməsi, işgüzar nüfuza zərər vurduğuna görə cərimələr tətbiq edilməsi barədə çıxarılan məhkəmə qərarlarına “Azcosmetiks” MMC-nin rəhbəri Kənan Zeynalov niyə arxa çevirir?
Diqqətli oxucuların yəqin yadında olar, “Az Estetik” MMC Group Şirkəti barədə “Azcosmetics” MMC-nin rəhbəri Kənan Zeynalovun sosial şəbəkələrdə yaydığı şər və böhtanlar, həqiqətə uyğun olmayan video-çarxlardan tezadlar.az saytında bir neçə yazılar vermişdik. O yazıların adlarını bir daha yada salmaq istəyirəm. “”Az Estetik MMC barədə yayılanların şər və böhtan olduğu məhkəmədə sübut olundu”, “”Azcosmetics” MMC-də “Köhnə hamam, köhnə tas”dır- ya hamam dəyişməlidir, ya da tas”, ““Azcosmetics” MMC-nin vergi ərköyünlüyü” və s. başlıqlı yazılarda “Azcosmetics” MMC-nin rəhbəri Kənan Zeynalovun qanunsuz əməllərindən bəhs etmişdik. Həmin yazılar dərc olunmazdan əvvəl əks tərəf kimi K.Zeynalovun da mövqeyini öyrənmişdik. O, telefon danışığımız zamanı həmin yazılanların özünə qarşı şər və böhtan olduğunu da bildirmişdi. Eyni zamanda, onu da diqqətimizə çatdırmışdı ki, ona qarşı aparılan bu şər və böhtan kampaniyasının arxasında “Az Estetik” MMC-nin rəhbərləri Rəşad Qasımov və Fariz Məmmədov dayanır.
Necə deyərlər, sən saydığını say, gör məhkəmə qərarı nə deyir?! Amma sonralar baş verən proseslər göstərdi ki, “Az Estetik” MMC-nin işgüzar nüfuzuna ziyan vuran, onların satdıqları keyfiyyətli avadanlıqların orjinal olmadığını sosial şəbəkələrdə müxtəlif video-çarxlarla paylaşan və bu şirkətin müştərilərini aldadıb, özünə tərəfə çəkən, anti- reklamla məşğul olan elə məhz Kənan Zeynalovdur.
XXX
“Azcosmetics” MMC barədə ilk yazımız dərc olunmamışdan əvvəl əks tərəfin mövqeyini öyrənmək üçün Kənan Zeynalovla əlaqə saxlayıb, telefonda xeyli söhbəti etdik. O zaman təklif etdik ki, Kənan bəy, gəlin biz vasitəçilik edək, və sizləri barışdıraq. Sizlər də sonra öz gücünüzü, vaxtınızı şirkətin inkişafı üçün sərf edin.
O zaman K.Zeynalov belə cavab vermişdi: “Mən həmişə hazıram. Öz şirkətimin prezidenti tək özüməm və sözümün də ağasıyam. Amma “Az Estetik” MMC-də iki rəhbər var və onların sözü bir-birinə uyğun gəlmir. Ona görə də inanmıram ki, sizin ağsaqqallığınzla barışıq olsun”.
İlk baxışda gəlişigözəl sözlərdir. Amma sonrakı proseslər göstərdi ki, tək prezident olan Kənan Zeynalovun özünün sözü heç vaxt düz olmur və dediyi sözün də üstündə qətiyyən durmur. “Az Estetik” MMC-də isə uzun illərdir hər iki rəhbərin- Fariz Məmmədovun və Rəşad Qasımovun fikirləri, sözləri həmişə üst-üstə düşüb, necə deyərlər, çəkici bir nöqtəyə vurublar. Ona görə də şirkət müştərilər arasında böyük hörmət və nüfuz qazanıb, satdıqları stomatoloji və kosmotoloji avadanlıqlar isə orjinallığına və yüksək keyfiyyətinə görə başqalarından fərqlənib. Elə buna görə də Kənan Zeynalovda bir qısqanclıq yaranıb və qarşısına məqsəd qoyub ki, “Az Estetik” MMC-nin adına və nüfuzuna, həmçinin avadanlıqların satışına bütün vasitələrlə zərbə vursun. Bu məqsədlə də sosial şəbəkələrin verdiyi imkanlardan maksimum bəhrələnərək, halal işlə məşğul olan “Az Estetik” MMC-ni ləkələmək üçün saxta video-çarxlar yaymaqla məşğul olub. Şirkətin rəhbərləri dəfələrlə Kənan bəyə sülh təklif ediblər ki, bu haqsız əməllərindən əl çəksin. Kənan Zeynalov isə “Az Estetik” MMC-nin rəhbərləri Fariz bəyin və Rəşad bəyin sülh təkliflərini qorxahlıq kimi başa düşdüyündən, əksinə, bir az da dərinə gedib. Belə ki, K.Zeynalov bilə-bilə ki, “Az Estetik” MMC şirkəti xarici ölkələrdən aldıqları orijinal və keyfiyyətli avadanlıqların rəsmi olaraq əmtəə nişanına, yəni satış hüququna sahibdir, amma bununla belə, Əqli Mülkiyyət Agentliyinə müraciət edib ki, əmtəə nişanı rəhbəri olduğu “Azcosmetikcs” MMC-yə məxsusdur. Deməli, bu Agentliyin əməkdaşlarını da aldada bilib. Necə deyərlər, “uşaqda fərasətə bax”. Əqli Mülkiyyət Agentliyi də araşdırma aparmadan əmtəə nişanının Azcosmetics” MMC-yə məxsus olması barədə qərar çıxarıb.
XXX
Əlbəttə, şər-böhtanlar bu qədər çox çəkə bilməzdi. Ona görə də nəhayət, “Az Estetik” MMC-nin rəhbərliyi məsələnin hüquqi müstəviyə yönəltməklə imiclərini qorudular. Onların müraciət etdikləri məhkəmələrin hər biri “Azcosmetics” MMC-ni və onun prezidenti Kənan Zeynalovu günahkar çıxardaraq, əleyhinə cərimələr tətbiq edib. Elə məhkəmə qərarının biri Əqli Mülkiyyət Agentliyinin qanunsuz qərarının ləğv edilməsi barədədir. Yəni, məhkəmə qərarı ilə satdıqları avadanlıqların hüququna, yəni əmtəə nişanının “Az Estetik” MMC-yə məxsus olması haqqında qətnamə çıxarılıb. Bu Məhkəmə qərarı barədə növbəti yazılarımzda ətraflı bəhs edəcəyik. Hazırda isə, istəyirik digər məhkəmə qərarlarından bəzi hissələri olduğu kimi təqdim edək.

Burada bir məqamı da qeyd edək ki, təqdim edəcəyimiz məhkəmə qərarlarından görünür ki, indiyə qədər K.Zeynalovun “Az Estetik” MMC barədə bütün sosial şəbəkələrdə yaydığı video-çarxların və yazıların yalan, şər və böhtan olduğu tam sübut olunur. Ona görə də, istəkli oxucuları və aidiyyəti qurumların rəhbərlərini həmin məhkəmələrin qərarlarından bəzi məqamlarla tanış etməyi vacib sayırıq:
“Baki Kommersiya Məhkəməsinin 14.06.2024-cü ildə, hakim Nərmin Əhmədovanın sədirliyi ilə keçirilən iclasında iddiaçı “AZ Estetik Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “məlumatların təkzib olunması, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi araşdırılmışdır. Araşdırma zamanı sübut olunmuşdur ki, “AzCosmetics” MMC-nin rəhbəri Kənan Zeynalov “Az Estetik” MMC barədə yaydığı video-çarxlar tamamilə şər-böhtandır. Ona görə də məhkəmə sonda belə qətnamə qəbul edib: “Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube” platformasındakı hesabında 12.04.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! Zərərçəkmiş Məmmədova Rəna” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındakı hesabında 12.04.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube”platformasındakı hesabında 18.04.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. Zərərçəkmiş Xalima Ustayeva” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındakı hesabında 18.04.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həminməlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin.Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Youtube”platformasındakı hesabında 04.01.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Tiktok” platformasındakı hesabında 19.04.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat 40 (qırx) qəpik məbləğində pul cavabdeh “AzCosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Az Estetik Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.
Hakim Nərmin Əhmədova”
(Ardı var)
Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

