Əsas məzmuna keç

Meksika sahillərində 7,3 və 5,3 bal gücündə iki zəlzələ baş verib

ABŞ Geoloji Xidməti (USGS) Meksika sahillərində biri 7,3, digəri isə 5,3 bal gücündə iki zəlzələnin baş verdiyini bildirib.

Tezadlar.az-ın məlumatına görə, USGS bildirib ki, Meksikanın Aquiles Serdan şəhərindən 48 kilometr cənub-qərbdə 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Sakit Okeanda baş verən bu zəlzələ 15,2 kilometr dərinlikdə baş verib.

5,3 bal gücündə ikinci zəlzələ Meksikanın Puerto Madero şəhərindən 93 kilometr cənub-qərbdə qeydə alınıb. Sakit Okeanda baş verən bu zəlzələ 10 kilometr dərinlikdə baş verib.

ABŞ Geoloji Xidməti əvvəllər Meksikanın Sakit Okean sahillərində 15,2 kilometr dərinlikdə 7,3 bal gücündə zəlzələnin baş verdiyini açıqlamışdı.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…