Məktəbdə 15 nəfər bibər qazından zəhərlənib

Yekaterinburqda məktəbdə bibər qazından istifadə edilib, nəticədə, 15 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi bildirib.

Xəsarət alanların əksəriyyəti uşaqlardır.

“Hazırda tibb işçiləri 9 şagirdi müayinə edir”, – mənbə aydınlaşdırıb.

Mənbənin sözlərinə görə, yaralılardan altısına, o cümlədən beş uşaq hadisə yerində tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. 6 şagird xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri araşdırılır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

E.ŞİRİNOV

Xəbəri paylaş