Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində etirafı ilə diqqət çəkib.
Tezadlar.az xəbər verir ki, o, Xalq artisti Mələkxanım Eyubovanın gözəlliyinə, göz rənginə vurğun olduğu üçün linza taxdığını bildirib:
“Sizə bir sirr açım. Mən Mələkxanım Əyubovanın vurğunuyam. Səsini, istedadını qoyaq kənara. Onun gözəlliyinin vurğunuyam. İnanın, o vaxt həmişə linza taxırdım ki, Mələkxanımın gözləri kimi olsun. Amma sonra dedilər ki, əməliyyat var. Dedim ki, onu bu qədər sevirəmsə, gözümün rəngini də dəyişim. Amma nə qədər dəyişsək də, sizə bənzəyə bilmərik”.