Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Biləsuvar rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.
Tezadlar.az-ın Muğan bürosunun məlumatına görə, İdarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün sürücü Elnur Hüseynov Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib.
Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.