Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kobzonun 600 kvadratmetrlik mənzili satışa çıxarılıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Moskvanın mərkəzində, mərhum sovet və rus müğənnisi İosif Kobzona məxsus 600 kvadratmetrlik “penthaus” bir milyard rubla (23 milyon 900 min manat) satışa çıxarılıb.
Bu dəbdəbəli əmlak Novı Arbatdakı “Grubber House” elit yaşayış kompleksinin 16-cı mərtəbəsində yerləşir.
Mülk hazırda müğənninin dul arvadı Nelli Kobzona məxsusdur. Əvvəlcə o, mülkü ərinin xatirəsinə muzeyə çevirmək istəyib. Lakin sonradan fikrini dəyişərək, əmlakı satmaq qərarına gəlib.
Bildirilir ki, satış qapalı bazarda keçiriləcək.