Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 18:05

Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 milyard ABŞ dolları artıb və…

Bu ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1,2 milyard ABŞ dolları məbləğində və ya 10,4 faiz artaraq 12,7 milyard dollara çatıb.

Tezadlar.az  AMB-ə istinadən xəbər verir ki, valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Belə ki, mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27 faizə enib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!