Mərzili: 33 ildən sonra baş tutan ziyarət- FOTOLAR

Oxunma sayı: 66

Ağdamın ən böyük yaşayış məskənlərindən olan Mərzili kəndi 1992-ci ildən Ermənistan ordusunun intensiv silahlı hücumlarına məruz qalmışdır. 1992-ci ilə olan statistikaya görə, kəndin ümumi əhali sayı 9 min nəfərə yaxın olmuşdur. Təsərrüfatların sayı isə təxminən 1300-1400 olmuşdur.

XXX

2020-ci ilin 44 günlük Vətən savaşından sonra Ermənistanın işğalından azad edilmiş kəndin sakinləri bir müddətdir kəndin ilk ziyarətçiləri kimi ərazidə olmaqdadırlar. Minalanmış ərazilərin böyüklüyü nəzərə alınaraq ANAMA əməkdaşlarının ciddi nəzarəti ilə kənd sakinləri dağıdılmış yuva- yurdlarına baş çəkməkdə, kəndin işğaldan əvvəlki ilkin məzarlığını ziyarət etməkdədirlər…

https://www.youtube.com/watch?v=M-9DHd5aajA

“Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili bu gün Azərbaycana dünya şöhrətli alim Xudu Məmmədov, Dövlət xadimləri- Fehruz Mustafayev, Mikayıl Gözəlov, tanınmış alimlər- professorlar Misir Rəhimov, Valeh Baxşəliyev… və s. kimi görkəmli şəxsiyyətlər yetirmiş Mərzili kəndində olmuşdur. Jurnalist kənd sakinlərinin təklif və təşəbbüslərinə rəğmən, kəndin bu günkü darmadağın edilmiş vəziyyəti barədə silsilə reportajlar hazırlamaq üçün əraziyə getmişdir… Asif Mərzili bölgədən zıng edərək əməkdaşımıza bildirmişdir ki, bu gün Mərzili kəndində gördüklərindən dəhşətə gəlmişdir: “…Mən kəndin viran qoyulması barədə videoçəkilişlərə hələ 1997- ci ildə baxmışdım. İndi canlı olaraq hər şeyi öz gözlərimlə gördümş dəhşətə gəldim… Dünyanın müharibə və işğal tarixində viranəliklərə rast gəlmişik, amma bu cür vandallığa rast gəlməmişik. Amma ermənilərin timsalında bunun şahidi olmaqdayıq… Və bu gün uşaqlığımın xatirələri yuva qurmuş Mərzilidə oldum, videoçəkilişlər etdik, sadəcə, gördüklərimi bir sözlə ifadə edə bilərəm: ermənilər yer üzünün parazitləri, qeyri- insani əməllərə sahib məxluqlardır! Dağıntılar sərhəd tanımır. Məzarlıqlarımız eşilib, başdaşılar sındırılıbş bəziləri sökülüb aparılıb… Söz tapa bilmirəm…”.

Hazırda videogörüntülər yayıma hazırlanır. Eləcə də bu reportajlar xarici ölkələrin, o cümlədən Türkiyənin mətbuatında yayımlanacaq.

ELBAR



Xəbəri paylaş

17 Aprel