Ağdamın erməni işğalından azad edilmiş ən böyük, əhali sayı daha çox olan kəndlərindən biri də Mərzilidir. 2025-ci ilin martın 23- də kəndin dağıntılarını, erməni vəhşiliyinin sərhədlərini canlı görmək üçün kəndin ziyarətinə yollandım… Qardaşım Telman və onun oğlu Elxanla birlikdə Ergi ərazisindən keçərək yeni salınmış ikitərəfli, 6 zolaqlı və ən yüksək dərəcəli avtomobil yolu ilə kəndə çatdıq. Həqiqətən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi, başda Agentliyin rəhbəri Saleh Məmmədov olmaqla, çox qısa müddətdə dünya standartlarına uyğun Ağdam- Füzuli avtomobil yolu çəkilib. Bu yol Mərzili kəndinin aşağı hissəsindən keçərək Xocavənd və Füzuli rayonu istiqamətinə uzanır…
XXX
…Mərzilinin cənib hissəsinə çatırıq. 1300-ə yaxın ev tısərrüfatı olmuş kənd viran edilib. Qardaşım Telman ən yaxından tanıdığı ailələrin evlərinin səmtini çətinliklə müəyyən edərək bir- bir izah verir. O, bu ərazilər erməni- rus hərbi birləşmələrinin işğalınadək kənddə yaşayıb deyə, hamının evini daha yaxından tanıyır…
Beləliklə, ilk video-müsahibəni təqdim edirəm.
Xatırladıram ki, biz sonra kəndin qədim məzarlığında olduq, şəhidlər xiyabanını ziyarət etdik, sonra uşaqlığımın keçdiyi ata yurdumda oldum, qonşularımızın darmadağın edilmiş evlərini, həyətlərini kameranın yaddaşına köçürdüm… Vaxtilə bağ- bağatı, səliqə- sahmanı ilə göz oxşayan kəndin indi xarabalıqlarını gördükcə erməni vandalizminin nə demək olduğunu müqayisəli şəkildə daha əhatəli təsəvvür edə bilirik. Və bu acı mənzərələri seyr etdikcə uzun illərin keçmiş xatirələri göz önünə gəlir, qayğısız uşaqlığımızın hər anı yenidən təzələnir, vücudumuzu sözlə ifadəsi çox çətin olan hisslərin əhatəsinə düşürük… Rusiya ilə İran arasında 1828- ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Türkiyə, İran və Rusiyadan Qarabağa məqsədli şəkildə köçürülmüş bu yaramaz, təfəkkürü çürük ermənilərin vandalizmi hesabına bu bölgədə yaşayanların həyatının ən azı 30 ili itirildi, silinməz yaralara çevrildi.
Lənət olsun ermənilərə ki, həyatımızın 30 ilini- ən xoş günlərimizi əlimizdən aldılar…
Asif MƏRZİLİ