Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Türkiyənin tanınmış gənc aktyorlarından olan Oktay Çubukun səhhətində ciddi problem yaranıb.
Məlumata görə, hadisə sənətçinin Portuqaliyanın paytaxtı Lizbon şəhərində olduğu zaman baş verib. Anası — Özəl Amerika Robert liseyinin müdiri Nihan Çetinyamaçla birlikdə Portuqaliyada olan 30 yaşlı aktyorun qəfildən ürəyi dayanıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb və sənətçi xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi operativ tibbi müdaxilə və səylər nəticəsində gənc aktyoru yenidən həyata qaytarmaq mümkün olub.
Məlumata görə, Oktay Çubuk hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Onun vəziyyəti həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, gənc olmasına baxmayaraq, Oktay Çubuk bir çox uğurlu serial və layihələrdəki rolları ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.
Səbinə Bağırova