1 Dekabr 2025 / 12:13

Meyvə satıcısı narkokuryer çıxdı-GÜLMƏLİ!

Lerik RPŞ əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat zamanı “meyvə satıcısı” görüntüsü yaradaraq diqqətdən yayınmağa çalışan narkokuryerlər saxlanılıb. Tutulanlar:  40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov. Hamısı  əvvəllər məhkum olunublar.
Onlardan 12 kiloqram narkotik vasitə və psixotrop maddə , o cümlədən 7 kq heroin, 5 kq metamfetamin, əlavə marixuana aşkarlanıb.
Saxlanılanların xaricdə yaşayan narkotacirə xidmət etdikləri, narkotikləri meyvə satışı adı altında gizlətməyə çalışdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.
Meyvələrin ahı tutub!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!