Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Kürdəmirdə sürücülərin məsuliyyətsizliyi üzündən ağır yol qəzası baş verib.
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar. Eləcə də “KamAZ”ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və “Mercedes”də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Polis əməkdaşları faktla bağlı araşdırma aparılır.