Əsas məzmuna keç

MİLLİMİZ ROBOT YARIŞMASINDA ÇEMPİON OLDU

Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən “Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.

Bu barədə Tezadlar.az-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.

Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.

R.XUDATQIZI

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…