Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu il yanvarın 1-nə Azərbaycanda biznes kreditlərinin 43,2 %-i tam təminatlı olub.
Tezadlar.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3 faiz bəndi azdır.
Son 1 ildə qismən təminatlı biznes kreditərinin xüsusi çəkisi 1,3 faiz bəndi azalaraq 31,9 %, təminatsız biznes kreditlərinin payı isə 4,3 faiz bəndi artaraq 24,9 % olub.
Hesabat tarixinə iri sahibkarlıq subyektlərinin kreditlərinin 50,5 %-i tam təminatlı (6,4 faiz bəndi çox), 33,2 %-i qismən təminatlı (5,7 faiz bəndi az), 16,2 %-i təminatsız (0,8 faiz bəndi az), orta sahibkarlıq subyektlərinin kreditlərinin 48,3 %-i tam təminatlı (0,9 faiz bəndi çox), 40 %-i qismən təminatlı (6,9 faiz bəndi çox), 11,7 %-i təminatsız (7,8 faiz bəndi az), kiçik sahibkarlıq subyektlərinin kreditlərinin 46,9 %-i tam təminatlı (6,2 faiz bəndi az), 30,3 %-i qismən təminatlı (4,7 faiz bəndi çox), 22,8 %-i təminatsız (1,5 faiz bəndi çox), mikro sahibkarlıq subyektlərinin kreditlərinin 27,7 %-i tam təminatlı (9,6 faiz bəndi az), 17,5 %-i qismən təminatlı (0,9 faiz bəndi az), 54,8 %-təminatsız (10,5 faiz bəndi çox) olub.