Əsas məzmuna keç

MilliNet2026-da nominasiya sayı azaldılıb, münsiflərin yeni tərkibi də təsdiqlənib – FOTO

Milli İnternet Mükafatı – MilliNet2026 münsiflər heyətinin yeni tərkibi və yenilənmiş qiymətləndirmə meyarları təsdiqlənib.
Milli İnternet Mükafatı – MilliNet2026 üzrə hazırlıqlar davam edir. Bu il müsabiqədə bir sıra yeniliklər var.
Bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib
“MilliNet2026-nın münsiflər heyətinin yeni tərkibi təsdiqlənib. Münsiflər müxtəlif sahələri təmsil edən İKT mütəxəssisləri, ekspertlər və rəqəmsal ekosistemin nümayəndələrindən formalaşdırılıb.
Eyni zamanda, MilliNet2026-nın qiymətləndirmə meyarları da yenilənib və təsdiqlənib.
Nominasiyaların sayı da azalıb –  10 Nominasiya olacaq. Nominasiyaların birisi isə ənənəvi olaraq “İlin rəqəmsal siması” Nominasiyası olacaq.
Hazırda sponsorlarla bağlı işlər də yekunlaşmaq üzrədir.
MilliNet2026 müsabiqəsinə cari ilin sentybar ayının sonunda start veriləcək və dekabr ayında başa çatacaq”, – deyə o bildirib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…