Əsas məzmuna keç

Minik avtomobili yük maşınına çırpıldı – Yaralılar var

Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Tezadlar.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…