Əsas məzmuna keç

Mirziyoyev “Qızıl yun” ordeni ilə təltif olundu

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan “Qızıl yun” ordenini təqdim edib.

Tezadlar.az-ın məlumatına görə, Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.

Bildirilib ki, Kavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hazırda Gürcüstanda dövlət səfərindədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…