Əsas məzmuna keç

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən Rusiya, Belarus, Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşları üçün viza tətbiq edəcək.

Təzadlar.az xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

“Monteneqro hökuməti 2026-cı il iyulun 23-də viza rejimi haqqında qərara əlavələr edilməsi barədə qərar qəbul edib, buna əsasən Belarus, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarına noyabrın 1-dən Monteneqroya daxil olmaq üçün viza lazımdır”, – qurumun məlumatında qeyd edilib.

Bildirilib ki, bu tədbir viza siyasətinin Avropa İttifaqı ilə tam uyğunlaşdırılması məqsədilə qəbul edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…