Moskva və digər şəhərlər dronların kütləvi hücumuna məruz qalıb- dağıntı və ölənlər var!

Oxunma sayı: 31

Rusiya Müdafiə Nazirliyi deyir ki, Rusiyanın şəhərləri yüzlərlə dron hücumuna məruz qalıb: 337 dron vurulub, amma…
Tezadlar.az Rusiya Müdafiə Nazirliyinə istinadla bildirir ki, bu gün martın 11-nə keçən gecə yüzlərlə Ukrayna pilotsuz təyyarəsi Rusiyaya hücum edib, onlardan 337-nin vurulduğu bildirilir. Nazirlik qeyd edib ki, pilotsuz təyyarələr Rusiyanın 10 bölgəsinə hücum edib. Bildirilir ki, Moskva vilayəti üzərində 91, Kursk üzərində 126, Bryansk üzərində 38, Belqorod üzərində 25, Ryazan üzərində 22, Kaluqa üzərində 10, Lipetsk və Oryol üzərində hər biri 8, Voronej üzərində 6 və 3 PUA vurulub.
Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq Rusiya hədəflərinə endirilən zərbələr və neçə pilotsuz təyyarənin vurulmadığı barədə susur. Bundan əvvəl isə Rusiya rəsmiləri martın 11-nə keçən gecə onlarla pilotsuz təyyarənin Rusiyanın paytaxtı Moskvaya hücum etdiyini və səhər saatlarına olan məlumata görə, 69 pilotsuz təyyarənin artıq vurulduğunu bildirib. Əlavə edilib ki, bəzi şəhərin hava limanları işləmir, dağıntılar və ölənlər var.

Xəbəri paylaş