14 Avqust 2021 / 16:29

MÜSƏLMAN ZƏVVARLARA HÜCUM OLUB, 22 NƏFƏR ÖLDÜRÜLÜB

Nigeriyanın mərkəzi hissəsindəki Plato ştatında ziyarətdən qayıdan zəvvarlara hücum zamanı azı 22 nəfər öldürülüb.

AFP xəbər verir ki, bu barədə regionun polisinin nümayəndəsi Ubax Oqaba bildirib.

“Müsəlman zəvvarların olduğu beş avtobus karvanına hücum edilib, 22 insan öldürülüb, daha 14 nəfər yaralandılar”, – o bildirib.

Öz növbəsində Nigeriyanın Premium Times Nigeria” qəzeti xəbər verir ki, yolda pusqu təşkil edilib. Nəşrin sözlərinə görə, hücumun motivləri hələlik naməlumdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!