Əsas məzmuna keç

MüSTəQILLIK MARşı

Müstəqillik marşı

Ey müstəqil Azərbaycan,

Mərd oğullar sənə qurban.

Nə qədər var, canımda can,

Bu şirin can, sənə qurban.

 

İgidlərin, ərənlərin,

Alimlərin, şairlərin,

El qədrini bilənlərin,

Olub hər an sənə qurban.

 

Hər kimdə var təmiz vicdan,

Var qorxusu tanrısından,

Ayrılmadan imanından,

Deyər hər an, sənə qurban.

 

Muxtar da bir vətəndaşın,

Qoysun yolunda öz başın.

Dönüb olsun vətən daşın.

Muxtarların sənə qurban.

Muxtar ƏZİMOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…