Əsas məzmuna keç

Arvadına əzab verən şəxsə hökm oxundu

Arvadının saçını keçəl qırxaraq ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Tezadlar.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan olunub.

Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham kifayət qədər əsaslıdır və çoxsaylı dəlil-sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, Tamerlan Məmmədov köməksiz vəziyyətdə olan şəxsə əzab verməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olmuşdu. Yayılan videoda kişinin həyat yoldaşının saçını keçəl qırxaraq ona əzab verdiyi əks olunurdu. Həmin görüntülər də məhz hadisəni törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılmışdı.

Hadisədən dərhal sonra T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…